İqtisadiyyat İnstitutunun əməkdaşları onlayn elmi konfransda iştirak ediblər
- Oxunub 511 dəfə
Dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf perspektivləri: məqsədlər, vasitələr və iqtisadi inkişafın inklüzivliyi” adlı virtual Respublika Elmi Konfransı keçirib.
AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları - Elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov və “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d, dos. Rəsmiyyə Abdullayeva konfransda iştirak ediblər. Konfransın “İnküzivliyin vahidliyi və qlobal çağırışlar”, “İqtisadiyyatın intellektual idarəedilməsində bilik və bacarıqlar”, “İqtisadi inkişafın inküzivliyi: klassikadan yeni dövr iqtisadiyyata doğru” adlı bölmələrində geniş və maraqlı elmi müzakirələr aparılıb (economics.com.az).