Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı BVF-nin beynəlxalq virtual təlim kursunda iştirak edib

  • Oxunub 551 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Nəsimi Əhmədov 30 noyabr - 11 dekabr 2020-ci il tarixində Avstriyanın Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Beynəlxalq Valyuta Fondunun Professional və Təşkilati İnkişaf İnstitutunun təqdim etdiyi “Təbii sərvətlərlə zəngin ölkələrdə makroiqtisadi tənzimləmə” mövzu­sun­da beynəlxalq virtual təlim kursunda iştirak etmişdir.

 Əvvəlcə Avstriyada ənənəvi qaydada keçirilməsi nəzərdə tutulan kurs Covid-19 pandemiyası səbəbindən onlayn rejimdə təqdim edilmişdir. İki həftəlik kursda makroiqtisadi siyasət məsələləri və təbii sərvətlərlə zəngin ölkələrin qarşılaş­dıq­ları problemlər müzakirə olunmuşdur. İştirakçılara iqtisadi artım və diversifikasiyanın makroiqtisadiyyatı, vergi-büdcə siyasətinin idarə edilməsi, makroiqtisadi siyasətin koordinasiyası və təbii sərvətlərlə zəngin ölkələrdə dövlət sektorunun aktivlərinin idarə olunması barədə əhəmiyyətli məlumatlar verilmişdir. Kurs maraqlı və faydalı müzakirələr şəraitində keçmişdir (economics.com.az).