Elmi Seminarda “Makroiqtisadi tənzimləmənin təmin edilməsində auditin rolu” mövzusunda dissertasiya işi müzakirə olunub
- Oxunub 385 dəfə
Martın 30-da AMEA İqtisadiyyat İnstitutunda 5307.01-“İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Firiş Balış oğlu Şəkərəliyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Makroiqtisadi tənzimləmənin təmin edilməsində auditin rolu” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. F.Şəkərəliyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. Hacıağa Rüstəmbəyov və i.f.d., dos. Yaşar Məmmədov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və təkliflərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).