Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda doktorluq dissertasiya işi müzakirə olunub

  • Oxunub 618 dəfə

 Aprelin 8-də AMEA İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir. Seminarda Məmmədov Yaşar Əzimağa oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasında müstəqil auditor xidmətinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və onun yüksəldilməsi yolları” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. Y.Məmmədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professorlar –Xatirə Hüseynova, Pəri Həsənova, Rövşən Muradov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).