Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib

  • Oxunub 360 dəfə

Aprelin 22-də AMEA İqtisadiyyat İnstitutunda 5310.01- «Dünya İqtisadiyyatı» və 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisasları üzrə birgə elmi seminar keçirilmişdir.

 Seminarda Abasova Suriya Aydinovnanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda xarici ticarətin liberallaşması ilə daxili bazarın qorunması arasında tarazlığın təmin edilməsi yolları” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Rövşən Quliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi məlumat verib.

 S.Abasova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini, irad və təkliflərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).