Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Azərbaycanda makroiqtisadi tarazlığın təmin edilməsi yolları mövzusunda dissertasiya işi müzakirə olunub

  • Oxunub 407 dəfə

Mayın 19-da AMEA İqtisadiyyat İnstitutunda 5307.01-“İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Aslanova İlhamə Eybulla qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində makroiqtisadi tarazlığın təmin edilməsi yolları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. İ.Aslanova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. Hacıağa Rüstəmbəyov, i.f.d., dos. Vüqar Bayramov, i.f.d. Aygün Fətəliyeva) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).