Elmi Seminarda “Bazar mexanizminin milli iqtisadi xüsusiyyətləri və onun genişləndirilməsi istiqamətləri” mövzusunda dissertasiya işi müzakirə edilib
- Oxunub 336 dəfə
İyunun 23-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda AMEA İqtisadiyyat İnstitutunun doktorantı Kərimov Ramal İrşad oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bazar mexanizminin milli iqtisadi xüsusiyyətləri və onun genişləndirilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. R.Kərimov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. R.Ş.Muradov və i.f.d., dos. V.A.Bayramov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).