Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda dissertasiya işi müzakirə olunub

  • Oxunub 541 dəfə

 İyunun 23-də AMEA İqtisadiyyat İnstitutunda 5310.01- «Dünya İqtisadiyyatı» ixtisası üzrə elmi seminar keçirilmişdir. 

 Seminarda AMEA İqtisadiyyat İnstitutunun doktorantı Əliyeva Günay Tanrıverdi qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın Almaniya ilə xarici iqtisadi əlaqələri” mövzusunda dissertasiya işinin (elmi rəhbər i.e.d. Fuad Qənbərov) müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Rövşən Quliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi məlumat verib. G.Əliyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (professor Elşən Hacızadə və i.f.d. Şövqü Quliyev) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).