İqtisadiyyat İnstitutunun alimi Meksikada keçiriləcək elmi konfransın təşkilat komitəsinin üzvü seçilib
- Oxunub 592 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva Meksikada 5-6 noyabr 2021-ci il tarixlərində onlayn şəkildə keçiriləcək “İqtisad və idarəetmə elmləri” konfransının elmi-təşkilat komitəsinin üzvü seçilmişdir.
Ənənəvi olaraq hər il reallaşdırılan Latın Amerikası Elmi Tədqiqatlar Konfransı çərçivəsində keçiriləcək tədbirdə R.Abdullayevanın “Sosial təminat sisteminin liberallıq potensialı: 30 ölkə” mövzusunda çıxışı nəzərdə tutulur.