İqtisadiyyat İnstitutunun şöbə müdiri ÜST-ün vebinarında iştirak etmişdir
- Oxunub 611 dəfə
AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, i.f.d., dosent Rəsmiyyə Abdullayeva Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı ilə sentyabrın 8-də keçirilən "Sağlamlığın maliyyələşdirilməsində reabilitasiya: regional vebinar seriyası" (“Rehabilitation in Health Financing: Regional Webinar Series”) mövzusunda vebinarda iştirak etmişdir.
Tədbirdə müxtəlif ölkələrdə (Cənubi Koreya, Malayziya, Nepal, Gürcüstan, Ukrayna, Tacikstan, Cənubi Afrika Respublikası və s.) reablitasiyanın maliyyələşməsinin mövcud vəziyyəti haqqında məlumat verilmiş, müzakirələr aparılmışdır. Vebinarda, həmçinin ölkəmizdə də reablitasiya xərcləri, əlillərin müalicəsi və digər məsələlər müzakirə olunmuşdur (economics.com.az).