"Layihələrin idarə edilməsinin təşkilat mexanizminin təşəkkülü və inkişaf perspektivləri” mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 305 dəfə
23 sentyabr 2021-ci il tarixində AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Vəliyev Fərahim Əlif oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5312.01 - “Sahə iqtisadiyyatı”) "Layihələrin idarə edilməsinin təşkilat mexanizminin təşəkkülü və inkişaf perspektivləri (Azərbaycanın mənzil tikintisinin timsalında)" mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. V.M.Şirəliyev). Dissertasiya işi Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İnşaatın iqtisadiyyatı” kafedrasında yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra F.Vəliyev dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Gülşən Yüzbaşıyeva, i.f.d., dos. İlham Rüstəmov və i.f.d., dos. İsmayıl Həsənovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda F.Vəliyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.