Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi şöbələrin birgə iclasında dissertasiya işi müzakirə olunub

  • Oxunub 403 dəfə

 Sentyabrın 24-də AMEA İqtisadiyyat İnstitutunun “Xidmət sahələrinin inkişafı problemləri” və “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbələrinin birgə iclası keçirilib.

 Professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda dissertant Aşırov Ceyhun Qurban oğlunun 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda rekreasiya resursları bazarının genişləndirilməsi istiqamətləri” adlı dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

 C.Aşurov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəyçilərin (i.f.d., dosentlər - T.Qurbanov, K.Abdullayev, G.Səmədova) rəyi dinlənilib, suallar cavablandırılıb, geniş müzakirələr aparılıb. Sonda C.Aşurovun dissertasiya işi iradlar və tövsiyələr nəzərə alınmaq şərti ilə növbəti müzakirə mərhələsinə buraxılıb (economics.com.az).