"Mikroiqtisadiyyatda rəqabətqabiliyyətliliyin artırılmasına innovasiya amilinin təsiri" mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 292 dəfə
30 sentyabr 2021-ci il tarixində AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Gülnar Alı qızı Aşurovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5307.01 - “İqtisadi nəzəriyyə”) təqdim etdiyi "Mikroiqtisadiyyatda rəqabətqabiliyyətliliyin artırılmasına innovasiya amilinin təsiri" mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Famil Mustafayev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra G.Aşurova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. İsa Alıyev, i.e.d., prof. Arif Səkərəliyev, i.f.d., dos. Asəf Ağayevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, geniş və maraqlı müzakirələr aparılıb. Sonda G.Aşurovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının avtoreferatı və dissertasiyası ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.