“Azərbaycan regionlarında qızıl hasilatı sənayesinin inkişafının iqtisadi perspektivləri” mövzusunda dissertasiya işi müdafiə edildi
- Oxunub 412 dəfə
20 oktyabr 2021-ci il tarixində AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Ellada Məhəmməd qızı Xankişiyevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5312.01 - “Sahə iqtisadiyyatı”) “Azərbaycan regionlarında qızıl hasilatı sənayesinin inkişafının iqtisadi perspektivləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Rəna Sultanova). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra E.Xankişiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Gülşən Yüzbaşıyeva, i.e.d., prof. İlham Aslanzadə və i.f.d., dosent Lalə Həmidovanın rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda E.Xankişiyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.