Azərbaycanda kənd əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı dissertasiya işi müdafiə olundu
- Oxunub 445 dəfə
27 oktyabr 2021-ci il tarixində AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Jalə Rəhman qızı Əliyevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5308.01 –“Ümumi iqtisadiyyat”) “Azərbaycan Respublikasında kənd əhalisinin həyat səviyyəsi və onun keyfiyyətcə yaxşılaşdırılmasının əsas istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər prof. Şahbaz Muradov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra J.Əliyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Elşad Məmmədov, i.f.d., dosent Arzu Hüseyn və i.f.d., dos. Kamran Abdullayevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda J.Əliyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).
İddiaçının avtoreferatı və dissertasiyası ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.