Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Makroiqtisadi tarazlığın təmin edilməsi ilə bağlı dissertasiya işi müdafiə olunub

  • Oxunub 307 dəfə

Noyabrın 3-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda İlhamə Eybulla qızı Aslanovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasında davamlı inkişaf şəraitində makroiqtisadi tarazlığın təmin edilməsi  yolları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbərlər prof. G.Yüzbaşıyeva, dos. A.Mustafayev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsində yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra İ.Aslanova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., Sevda Mikayılova, dosentlər Oqtay Yusifov və Habil Aslanovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda İ.Aslanovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

İddiaçının avtoreferatı ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat