Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “İqtisadi potensial” mövzusunda müzakirələr aparılıb

  • Oxunub 411 dəfə

Noyabrın 22-də AMEA İqtisadiyyat İnstitutunda növbəti onlayn elmi seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan AMEA İqtisadiyyat İnstitutunun direktoru, i.e.d., professor Nazim Müzəffərli tədbirin əsas müzakirə mövzusu barəsində məlumat verib.

 Seminarda İqtisadiyyat İnstitutunun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Məzəddin Əyyubov «İqtisadi potensial»  adlı məruzə ilə çıxış edib. Məruzəçi iqtisadi potensial anlayışına geniş şərh verib, iqtisadi potensial sistemi və onun əsas elementləri, təbii sərvətlər, ölkənin, regionun əsas potensialı, iqtisadi potensialı müəyyənləşdirən başlıca amillər, imkanlar və reallıqlar barədə danışıb. Bildirib ki, potensial kateqoriyasına (anlayışı) hər hansı bir sahədə ehtiyat vasitələri, imkanları kimi baxılır. İqtisadi potensial anlayışı iqtisadiyyat sistemlərinə aid olan və dinamik iqtisadiyyat sistemlərinin fəaliyyətini təmin edən ehtiyat amilləri ifadə edir. Təbii sərvətlərin olması hələ tam iqtisadi potensial demək deyil, əsas məsələ həmin potensialın reallaşdırılması üçün bütüm iqtisadi amillərin mövcudluğudur. Bu baxımdan real iqtisadi potensial anlayışı daha geniş məna kəsb edir.

 Seminarda Qarabağın iqtisadi potensialı, təbii sərvətləri və onlardan istifadə imkanları, regionun gələcək inkişaf perspektivləri məsələləri ətrafında geniş müzakirələr aparılıb. Qarabağdakı iqtisadi potensialın hərəkətə gətirilməsi üçün mühüm olan amillər barədə danışılıb (economics.com.az).