Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Qlobal maliyyə böhranları şəraitində Azərbaycan pul-bank sisteminin tənzimlənməsi” mövzusunda dissertasiya işi müdafiə olunmuşdur

  • Oxunub 513 dəfə

Dekabrın 1-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

  Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi iclasda Fidan Eldar qızı İsmayılovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5308.01 - “Ümumi iqtisadiyyat” ixtisası üzrə) “Qlobal maliyyə böhranları şəraitində Azərbaycan pul-bank sisteminin tənzimlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Şahin Sadıqov).

 Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İqtisadiyyatın dövlət ntənzimlənməsi” kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra F.İsmayılova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər – i.e.d., professorlar Rəsul Balayev və Pəri Həsənova, i.f.d., dosent Allahyar Muradovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda F.İsmayılovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferat