Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun alimləri Mahaçqalada keçirilən beynəlxalq elmi konfransda çıxış ediblər

  • Oxunub 379 dəfə

 Dekabrın 16-da Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzinin və Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə Mahaçqalada “Sosial və əmək münasibətlərinin aktual problemləri” adlı onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

 Konfransın Proqram Komitəsinin beynəlxalq təşkilatçıları arasında AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, prof. Nazim Müzəffərli də təmsil olunub.

 Konfransda müxtəlif ölkələri təmsil edən alimlərin, tədqiqatçıların elmi məruzələri dinlənilib, maraqlı müzakirələr aparılıb.

 AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, i.e.d., professor Gülşən Yüzbaşıyeva və aparıcı elmi işçi, i.f.d. Samirə Abasova da konfransda iştirak ediblər. Onların “Azərbaycanda pandemiya şəraitində innovasiya və investisiyalar iqtisadi artımın mənbələri kimi” mövzusunda məruzəsi dinlənilib (economics.com.az).