Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda innovativ iqtisadiyyatın formalaşması mexanizmi” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 679 dəfə

 Dekabrın 22-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Büniyatzadə Ayan Yusif qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5308.01 – “Ümumi iqtisadiyyat”) “Azərbaycanda innovativ iqtisadiyyatın formalaşması mexanizmi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Ədalət Muradov).

 Dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət idarəetməsi və menecment kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra A.Büniyatzadə dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Fizuli Məmmədov, i.f.d., dos. Elmira Qocayeva və i.f.d., dos. Ramil Əliyevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda A.Büniyatzadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferat