Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Kimya sənayesində elmi-texniki kadr potensialından istifadənin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə olundu

  • Oxunub 345 dəfə

Fevralın 2-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib. Öncə AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan iclasda bir sıra təşkiltai məsələlərə baxılıb.

 Sonra Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə iclasda Rüstəmova Vəfa Xanlar qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5312.01 - Sahə iqtisadiyyatı) “Kimya sənayesində elmi-texniki kadr potensialından istifadənin  təkmilləşdirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Şahbaz Muradov). Dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra V.Rüstəmova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Beykəs Xıdırovun, i.f.d., dosentlər – Mahir Zeynalov və Kamran Abdullayevin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda V.Rüstəmovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

 Avtoreferat