Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda aqrar sahənin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 844 dəfə

 Fevralın 16-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə iclasda Abbasova Vüsalə Mirsəməd qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5307.01-“İqtisadi nəzəriyyə”) “Azərbaycanda aqrar sahənin dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Gülşən Yüzbaşıyeva).

 Dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra V.Abbasova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. İsa Alıyev, i.f.d., dosentlər – Elşən İbrahimov və Azər Pənahovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda V.Abbasovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferatat