“Azərbaycanda nikah və boşanmaların xüsusiyyətləri və tənzimlənməsi” mövzusunda dissertasiya işi müdafiə olundu
- Oxunub 781 dəfə
Martın 30-da AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Nizami Şakir oğlu Əsədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (5313.01 – “Demoqrafiya”) “Azərbaycanda nikah və boşanmaların xüsusiyyətləri və tənzimlənməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbərlər i.e.d., prof. Şahbaz Muradov və i.f.d., dos. Rüfət Efendiyev).
Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra N.Əsədov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., prof. Avtandil Sulaberidze, i.f.d., dos. Fərhad Mikayılov və i.f.d., dos. Səbinə Şıxəliyevanın rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda N.Əsədovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).