Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İnkluziv sosial inkişaf şöbəsində elmi işçinin məruzəsi dinlənilib

  • Oxunub 459 dəfə

 15 aprel 2022-ci il tarixində AMEA İqtisadiyyat İnstitutunun İnkluziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 3 aylıq hesabatı ilə əlaqədar elmi işçi Vəfa Həşimovanın məruzəsi dinlənilib.

 Şöbə müdiri i.e.d., dosent Rəsmiyyə Abdullayeva müzakirənin keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, hər həftə şöbənin bir əməkdaşının apardığı tədqiqatlarla bağlı məriuzəsi dinləniləcək.

 Elmi işçi V.Həşimova “Azərbaycanda pensiya sisteminin liberallaşdırılmasına təsir edən iqtisadi və demoqrafik amillər” adlı məruzə ilə çıxış edib, apardığı tədqiqatlarla bağlı məlumat verib. Suallar cavablandırılıb, maraqlı elmi diskussiya aparılıb (economics.com.az).