Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Şöbədə “Azərbaycanda dövlətin sosial xərclərinin sosial-iqtisadi inkişafa təsiri” adlı məruzə dinlənilib

  • Oxunub 519 dəfə

 Aprelin 22-də AMEA İqtisadiyyat İnstitutunun İnkluziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 3 aylıq hesabatı ilə əlaqədar elmi işçi Aygün Təhməzlinin məruzəsi dinlənilib.

 Şöbə müdiri i.e.d., dosent Rəsmiyyə Abdullayeva müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Elmi işçi A.Təhməzli “Azərbaycanda dövlətin sosial xərclərinin sosial-iqtisadi inkişafa təsiri” adlı məruzə ilə çıxış edib, apardığı tədqiqatlarla bağlı məlumat verib. Ona ünvanlanan sualları cavablandırıb. Mövzu ilə bağlı maraqlı elmi diskussiya aparılıb.