Elmi Seminarda elmlər doktorluğu dissertasiya işi müzakirə edilib
- Oxunub 690 dəfə
Aprelin 26-da AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda i.f.d. İbrahimov Elşən Əli oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün “İqtisadiyyatın davamlı inkişafının maliyyə mənbələrindən səmərəli istifadənin konseptual əsasları” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. E.İbrahimov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib.
Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professorlar Məhiş Əhmədov, İrşad Kərimli və Məhərrəm Hüseynov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi açıq səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).