İnkluziv sosial inkişaf şöbəsində gənc tədqiqatçının məruzəsi dinlənilib
- Oxunub 652 dəfə
Aprelin 29-da AMEA İqtisadiyyat İnstitutunun İnkluziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 3 aylıq hesabatı ilə əlaqədar kiçik elmi işçi Mələk Əliyevanın məruzəsi dinlənilib.
Şöbə müdiri i.e.d., dosent Rəsmiyyə Abdullayeva müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Kiçik elmi işçi M.Əliyeva “Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin gücləndirilməsində həyat sığortasının rolunun qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib, apardığı tədqiqatlarla bağlı məlumat verib. Ona ünvanlanan sualları cavablandırıb. Mövzu ilə bağlı maraqlı elmi diskussiya aparılıb.