Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşı ATU-da keçirilən elmi konfransda çıxış edib

  • Oxunub 214 dəfə

 Mayın 4-5-də Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Tekstil və yüngül sənayedə dizayn, texnologiya və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən elmi konfrans hibrid formatda təşkil edilib.

 Tədbirdə Türkiyə, Bosniya və Hersoqovina, İsveç, Hindistan, Almaniya, Cənubi Koreya və MDB ölkələri də olmaqla ümumilikdə 12 ölkənin universitetlərinin elm adamları iştirak edib.

 Konfransda məruzələr dinlənilib. “Heydər Əliyev və Azərbaycanda texnoloji inkişaf” adlı panel sessiyasında AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, i.f.d., dos. Emin Məmmədzadə “İnnovasiya infrastrukturu” kateqoriyası: müasir yanaşmalar və təriflər” adlı mövzusunda mərüzə etmişdir. O bildirib ki, iqtisadiyyatda innovasiyanın rolu  daxili və xarici amillər tərəfindən müəyyən edilir. İnnovasiya nəzəriyyəsinin inkişafına mühüm töhfələr verən bir sıra yerli və xarici iqtisadçı-alimlərin əsərlərinin tədqiqatı göstərir ki, innovasiyaların tətbiqi təkcə dövlət dəstəyini deyil, həm də sahibkarlar tərəfindən planlaşdırmanı da tələb edir. Zaman keçdikcə "innovativ fəaliyyət" anlayışının dəyişilməsi də zəruridir.

 Qeyd edək ki, konfransın məcmuələr toplusuna 30-dan çoxu xarici ölkələrdən olmaqla ümumilikdə 150-dən artıq tezis salınıb.