İnkluziv sosial inkişaf şöbəsində gənc tədqiqatçının məruzəsi dinlənilib
- Oxunub 342 dəfə
Martın 11-də AMEA İqtisadiyyat İnstitutunun İnkluziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 3 aylıq hesabatı ilə əlaqədar elmi işçi Nazənin Əzizzadənin məruzəsi dinlənilib.
Şöbə müdiri i.e.d., dosent Rəsmiyyə Abdullayeva müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Kiçik elmi işçi N.Əzizzadə “Azərbaycan Respublikasında əhalinin sosial müdafiəsinin gücləndirilməsində sosial müəssisələrin rolunun qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib, apardığı tədqiqatlarla bağlı məlumat verib. Ona ünvanlanan sualları cavablandırıb. Mövzu ilə bağlı maraqlı elmi diskussiya aparılıb.