Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda elmlər doktorluğu dissertasiya işi müzakirə olunub

  • Oxunub 298 dəfə

 Mayın 13-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda i.f.d., dos. Allahverdiyeva Leyli Əli qızının iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün “İnformasiya xidmətlərinin liberalliq dərəcəsinin ölçülməsi və iqtisadi təsirlərinin qiymətləndirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. L.Allahverdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib.

  Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., professorlar Əvəz Bayramov, Haçıağa Rüstəmbəyov və Qabil Manafov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).