Elmi seminarda “Azərbaycanda peşə təhsili sisteminin inkişafı və məşğulluğa təsirinin artırılması” müzakirə olunub
- Oxunub 338 dəfə
Mayın 24-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Qurbanova İntizar Mirzəli qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda peşə təhsili sisteminin inkişafı və məşğulluğa təsirinin artırılması” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. İ.Qurbanova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib.
Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d. Şəfa Quliyeva və i.f.d., dos. Mahir Zeynalov) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).