Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda doktorluq dissertasiya işi müzakirə olunub

  • Oxunub 517 dəfə

Mayın 27-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Allahverdiyeva Müslümat Allahverdi qızının iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İqtisadi inteqrasiya prosesində transmilli biznesin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. M.Allahverdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d., prof. R.Muradov, i.e.d., prof. Ü.Əliyev və i.e.d. S.Mikayılova) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).