Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İnkluziv sosial inkişaf şöbəsində elmi işçinin məruzəsi dinlənilib

  • Oxunub 294 dəfə

İyunun 1-də AMEA İqtisadiyyat İnstitutunun İnkluziv sosial inkişaf şöbəsində elmi-tədqiqat işlərinin 3 aylıq hesabatı ilə əlaqədar böyük elmi işçi, i.f.d. Jalə Əliyevanın məruzəsi dinlənilib.

 Şöbə müdiri i.e.d., dosent Rəsmiyyə Abdullayeva müzakirənin keçirilməsinin əhəmiyyətindən danışıb. Böyük elmi işçi Jliyevanın “Azərbaycan Respublikasında əlillərin sosial müdafiəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi” adlı məruzə ilə çıxış edib, apardığı tədqiqatlarla bağlı məlumat verib. Ona ünvanlanan sualları cavablandırıb. Mövzu ilə bağlı maraqlı elmi diskussiya aparılıb.