Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Elektroenergetika sektorunda qiymətəmələgəlmə prosesinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müzakirə olunub

  • Oxunub 341 dəfə

 İyunun 3-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5309.01 – “Sənayeninn təşkili və dövlət siyasəti” və 5312.01 - “Sahə iqtisadiyyatı” ixtisasları üzrə birgə Elmi Seminar keçirilmişdir.

 Seminarda Məmmədova Gülnarə Vaqif qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Elektroenergetika sektorunda qiymətəmələgəlmə prosesinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Ramiz İsgəndərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Ramil Əliyev məlumat verib. G.Məmmədova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).