Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Azərbaycanın neftqazçıxarma sənayesində nanotexnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətləri” müzakirə edilib

  • Oxunub 257 dəfə

 İyunun 6-da (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5309.01 – “Sənayeninn təşkili və dövlət siyasəti” ixtisası üzrə Elmi Seminar keçirilmişdir. Seminarda Qasımzadə Emil Eyler oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın neftqazçıxarma sənayesində nanotexnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Ramiz İsgəndərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Ramil Əliyev məlumat verib. E.Qasımzadə dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).