Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib

  • Oxunub 573 dəfə

 İyunun 14-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir. Seminarda Sevda Əli qızı Həsənovanın  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında məşğulluğun səmərəliliyinin artırılması istiqamətləri ” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Xatirə Hüseynovanın sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. S. Həsənova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin (i.e.d. Rəsmiyyə Abdullayeva və i.f.d. Samirə Əhmədova) rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).