İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında elmlər doktoru dissertasiya işi müdafiə olunub
- Oxunub 617 dəfə
İyunun 22-də AMEA-nın İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının prof. Nazim Müzəffərlinin sədrliyi ilə iclası keçirilib, bir sıra təşkilati məsələlərə baxılıb.
Sonra Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə iclasda Elşən Əli oğlu İbrahimovun 5307.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə “İqtisadiyyatın davamlı inkişafının maliyyə mənbələrindən səmərəli istifadənin konseptual əsasları” mövzusunda iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Əli Nuriyev).
Dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunun “İqtisadi siyasətin nəzəri əsasları” şöbəsində yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra E.İbrahimov dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar - Şahbaz Muradov, Arif Şəkərəliyev, Vahid Novruzov və Veysəl Əyyubovun rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda E.İbrahimovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).