Elmi Seminarda “Milli iqtisadiyyatın səmərəliliynin xarici ticarət problemləri” müzakirə edilib
- Oxunub 439 dəfə
İyunun 28-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01-“İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda iddiaçı i.f.d., dosent Yadulla Mehriban Yadulla qızının iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Milli iqtisadiyyatın səmərəliliynin xarici ticarət problemləri” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. Mehriban Yadulla dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).