Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında elmlər doktoru dissertasiya işi müdafiə olunub

  • Oxunub 766 dəfə

 Sentyabrın 7-də İqtisadiyyat İnstitutunun prof. Nazim Müzəffərlinin (İmanov) sədri olduğu Dissertasiya Şurasının iclası keçirilib.

 Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrliyi ilə iclasda i.f.d., dos. Leyli Allahverdiyevanın iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi (5307.01 - “İqtisadi nəzəriyyə” ixtisasında) “İnformasiya xidmətlərinin liberallıq dərəcəsinin ölçülməsi və iqtisadi təsirlərinin qiymətləndirilməsi” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi məsləhətçi i.e.d., professor Nazim Müzəffərli (İmanov)).

 Dissertasiya işi AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra L.Allahverdiyeva dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar – Ümüdvar Əliyev, Veysəl Əyyubov, Rüfət Quliyev və Qivi Bedianaşvilinin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

Sonda L.Allahverdiyevanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).

Avtoreferat

Dissertasiya