“Elektroenergetika sektorunda qiymətəmələgəlmə prosesinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 331 dəfə
Sentyabrın 14-də İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Şuranın sədr müavini, i.e.d., professor Müşfiq Atakişiyevin sədrlik etdiyi iclasda Məmmədova Gülnarə Vaqif qızının iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Elektroenergetika sektorunda qiymətəmələgəlmə prosesinin təkmilləşdirilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. Gülşən Yüzbaşıyeva).
Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra G.Məmmədova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlər - i.e.d., professorlar - M.Məmmədov, Q.Səfərov, R.Quliyev və S.Purxaninin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda G.Məmmədovanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).