Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İqtisadiyyatın dövlət tənzimlənməsində marketinqin rolu” mövzusunda dissertasiya işi müdafiə olunub

  • Oxunub 218 dəfə

Sentyabrın 21-dəə İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.

 Şuranın sədri i.e.d., professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Sənan Hacıağa oğlu Yəhyanın  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İqtisadiyyatın dövlət tənzimlənməsində marketinqin rolu”  mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbərlər i.e.d., prof. F.Qənbərov, dos.S.Abasova).

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra S.Yəhya dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.

 Sonda S.Yəhyanın dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).