Neftqazçıxarma sənayesində nanotexnologiyaların tətbiqi mövzusunda dissertasiya işi müdafiə olunub
- Oxunub 208 dəfə
Sentyabrın 23-də İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiya işinin müdafiəsi üzrə iclas keçirilib.
Professor Nazim Müzəffərlinin sədrlik etdiyi iclasda Emil Eyler oğlu Qasımzadənin 5309.01 - “Sənayenin təşkili və dövlət siyasəti” ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın neftqazçıxarma sənayesində nanotexnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətləri” mövzusunda təqdim etdiyi dissertasiya işinin müzakirəsi aparılmışdır (elmi rəhbər i.e.d., prof. M.Atakişiyev).
Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Sevda Seyidova məlumat verdikdən sonra E.Qasımzadə dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Rəsmi opponentlərin rəyi dinlənilib. İddiaçı ona ünvanlanmış sualları cavablandırıb. Şuranın üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda E.Qasımzadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurası tərəfindən təsdiqlənib (economics.com.az).