Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Azərbaycanın tikinti sahəsində iqtisadi münasibətlərin formalaşması və təkmilləşdirilməsi” müzakirə olunub

  • Oxunub 316 dəfə

 Sentyabrın 5-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Yusif Cavad oğlu Binnətovun  iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanın tikinti sahəsində iqtisadi münasibətlərin formalaşması və təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. Y.Binnətov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib.

 Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).