Elmi Seminarda “Keyfiyyət menecmenti sisteminin aviadaşımaların səmərəliliyinin artırılmasına təsiri” müzakirə olunub
- Oxunub 357 dəfə
Oktyabrın 7-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Adil Əli oğlu Qasımovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Keyfiyyət menecmenti sisteminin aviadaşımaların səmərəliliyinin artırılmasına təsiri (“SW GROUP” müəssisələrinin timsalında)” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. A.Qasımov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib.
Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).