Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Dayanıqlı makroiqtisadi inkişafın təmin edilməsinin xarici iqtisadi amilləri” müzakirə olunub

  • Oxunub 357 dəfə

 Oktyabrın 11-də AMEA İqtisadiyyat İnstitutunda 5307.01 - “İqtisadi nəzəriyyə” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda iddiaçı Qəribli Emin Adil oğlunun iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Dayanıqlı makroiqtisadi inkişafın təmin edilməsinin xarici iqtisadi amilləri” adlı dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru Fuad Qənbərovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Asif Mustafayev məlumat verib. A.Qəribli dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).