Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Seminarda “Mənzil tikintisinin inkişaf problemləri və onun idarə edilməsi mexanizmi" müzakirə olunub

  • Oxunub 227 dəfə

Oktyabrın 18-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.

 Seminarda Xorrəm Ədibniya Şirindil oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Mənzil tikintisinin inkişaf problemləri və onun idarə edilməsi mexanizmi (Təbriz şəhəri timsalında)” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.

 İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. Xorrəm Ədibniya dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib.

 Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).