Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Şöbələrin birgə iclasında doktorluq dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir

  • Oxunub 329 dəfə

 Oktyabrın 21-də İqtisadiyyat İnstitutunda “Xidmət sferasının iqtisadiyyatı”,  “Biznes mühitinin tənzimlənməsi və sahibkarlığın inkişafı”  və “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbələrinin  birgə iclasında  i.f.d., dosent Kamran  Nurəddin oğlu Abdullayevin 5312.01- “Sahə iqtisadiyyatı” ixtisasında “Azərbaycan Respublikasının nəqliyyat sektorunda özəl sahibkarlıq fəaliyyətinin inkişaf problemləri” mövzusunda elmlər doktoru üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.

 Dos. Pərviz Həsənovun sədrliyi ilə keçirilən iclasda iddiaçı barədə məlumat verildikdən sonra K.Abdullayev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın əsas məzmunu, nəticə və təkliflər ətrafında geniş cıxış etdi.

İşlə bağlı rəyçilərin rəyləri dinlənilib. K.Abdullayev ona ünvanlanan sualları cavablandırdı, habelə rəyçilərin iradlarına öz fikrini bildirdi. Şöbə əməkdaşlarının iştirakı ilə aparılan  geniş müzakirələrdən sonra dissertasiya işi açıq səsvermə yolu ilə növbəti müzakirə mərhələsinə, Elmi Seminara tövsiyə olundu (economics.com.az).