Elmi Seminarda dissertasiya işinin müzakirəsi keçirilib
- Oxunub 245 dəfə
Oktyabrın 28-də (2022-ci il) İqtisadiyyat İnstitutunda 5308.01 -“Ümumi iqtisadiyyat” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Həcər Əjdər qızı Orucovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Aqrar sahədə tədarük sisteminin inkişafı və dövlət tənzimlənməsi məsələləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Elşad Məmmədovun sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d., dos. Kamran Abdullayev məlumat verib. H.Orucova dissertasiya işinin əsas məzmunu ətrafında geniş təqdimatla çıxış edib. Sonra iş üzrə təyin olunmuş rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb.
Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).