Elmi Seminarda “Azərbaycanda informasiya bazarının formalaşması və inkişaf istiqamətləri” müzakirə olunub
- Oxunub 219 dəfə
Oktyabrın 31-də (2022-ci il) AMEA İqtisadiyyat İnstitutunda 5312.01 – “ Sahə iqtisadiyyatı” ixtisası üzrə elmi seminar keçirilmişdir.
Seminarda Natəvan Filman qızı Həsənovanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda informasiya bazarının formalaşması və inkişaf istiqamətləri” mövzusunda dissertasiya işinin müzakirəsi aparılmışdır.
İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə baş tutan iclasda iddiaçı barədə Elmi Seminarın katibi, i.f.d. Famil Rüstəmov məlumat verib. N.Həsənova dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla çıxış edib.
Sonra iş üzrə təyin olunmuş rəyçilərin rəyi dinlənilib. İddiaçı rəyçilərin və seminar üzvlərinin ona ünvanlanmış suallarını cavablandırıb. Seminar üzvləri dissertasiya işi ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər, müzakirələr aparılıb. Sonda dissertasiya işi gizli səsvermə yolu ilə müdafiə mərhələsinə tövsiyə olunub (economics.com.az).