Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda şöbələrin elmi hesabatları dinlənilir

  • Oxunub 371 dəfə

 Noyabrın 2-də İqtisadiyyat İnstitutunda elmi şöbələrin 2022-ci il ərzində yerinə yetirdikləri elmi-tədqiqat plan işlərinin yekunlarına dair hesabatların dinlənilməsi davam etdirilib.

 Günün birinci yarısında “Monetar və fiskal tənzimləmə problemləri”, ikinci yarısında isə “İqtisadi tədqiqatların riyazi təminatı" şöbələrinin elmi əməkdaşlarının hesabatı dinlənilib. Apardıqları elmi tədqiqat işləri, çap olunmuş məqalələr, kitablar, elmi müzakirələrdə, konfranslarda iştirak və s. barədə əsas təqdimatla “Monetar və fiskal tənzimləmə problemləri”şöbəsinin müdiri, i.e.d., dos. Yaşar Məmmədov və “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, dosent Rəvanə Əsədova çıxış ediblər. Habelə elmi əməkdaşların yerinə yetirdikləri fərdi tədqiqat işləri də geniş müzakirə olunub,  suallar cavablandırılıb. Komissiya üzvləri öz təklif və tövsiyələrini səsləndiriblər.

 Qeyd edək ki, hesabatların dinlənilməsi üçün İnstitutun icraçı direktoru, prof. Müşfiq Atakişiyevin sədrliyi ilə şöbə müdirləri – prof. Tofiq Hüseynov və prof. Tərbiz Əliyev də daxil olmaqla komissiya yaradılıb. Müəyyən edilmiş müvafiq qrafik üzrə noyabrın 15-dək hər gün 2 şöbə hesabat verəcək (economics.com.az).